Rövşən Nəcəf: "Aşağı yaş qruplarına diqqət ayırsaq, ölkə futbolu daim yüksək yerlərdə olacaq"

Rövşən Nəcəf: "Aşağı yaş qruplarına diqqət ayırsaq, ölkə futbolu daim yüksək yerlərdə olacaq"

"Qısa müddət ərzində yeni strategiya müəyyənləşdirməliyik. Ancaq bunu tətbiq etmək üçün vaxta ehtiyac olacaq". 

Bu sözləri AFFA-nın yeni prezidenti Rövşən Nəcəf deyib.

O, uşaq futbolunun inkişafı üçün əllərindən gələni edəcəklərini bildirib: "Bölgələrdən yeni istedadlı uşaqların üzə çıxarılması üçün çalışacağıq. Çünki aşağı yaş qruplarına diqqət ayırsaq, ölkə futbolu daim yüksək yerlərdə olacaq".

Qurum rəhbəri qadın futbolunun inkişafı üçün də işlər görəcəklərini söyləyib: "Qadın futbolumuz tarixi uğur qazandı. İndi bunu daha da inkişaf etdirməliyik".

R.Nəcəf azarkeşlərin stadionlara cəlb olunması üçün də addımlar atılacağını vurğulayıb.