Bakı Kəndləri Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən "Şöhrət” ordenli əfsanəvi futbolçu Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş ənənəvi futbol turniri davam edir. 1977-ci ildən təşkil olunan xatirə turniri 2 qrup üzrə keçirilir. Artıq qrup mərhələsinə yekun vurulub. 
A qrupunda mübarizə aparan "Neftçi” hər iki qarşılaşmada rəqibini böyük hesabla məğlub edib (3:0). Digər matçda "Rəvan” klubu 3 xal qazanıb.
B qrupunda "Bakı” klubunun üstünlüyü qeydə alınıb. Hər iki oyunda qələbə qazanan "zolaqlılar” qrupu birinci pillədə başa vurublar. Qrupun digər oyununda "Sumqayıt” klubun böyük hesabla qələbə əldə edib.
Qrupun oyunları başa çatdıqdan sonra növbəti mərhələyə vəsiqə qazanan komandaların adına aydınlıq gəlib. A qrupunun lideri "Neftçi” B qrupunun ikincisi "Sumqayıt” klubunu ilə qarşılaşacaq. 1/2 final mərhələsinin digər oyununda "Bakı” və "Rəvan” klubları münasibətlərinə aydınlıq gətirəcəklər. "Dalğa Arena” stadionunda keçirilən oyunları AFFA-nın hakimləri idarə edirlər.
Məlumat üçün bildirək ki, finala çıxan hər iki komanda və futbol veteranları fevralın 23-də mərhum futbolçunun məzarını yad edəcəklər.
Qeyd edək ki, qaliblərə Milli Olimpiya Komitəsi (MOK) və AFFA tərəfindən hədiyyələr veriləcək.
Ənənəvi futbol turnirinin təqvimi
A qrupu: "Neftçi”, "Rəvan”, "Bakı kəndləri”
B qrupu: "Bakı”, "Sumqayıt”, "Vətən”
16 fevral
I tur
"Neftçi” - "Rəvan” - 3:0
"Bakı” - "Sumqayıt” - 3:2
17 fevral
II tur
"Bakı kəndləri” - "Neftçi” - 0:3
"Vətən” - "Bakı” - 0:5
19 fevral
III tur
"Rəvan” - "Bakı kəndləri” - 2:0
"Sumqayıt” - "Vətən” - 4:0
21 fevral
1/2 final mərhələsi
12:00. "Neftçi” - "Sumqayıt”
13:00. "Bakı” - "Rəvan”
23 fevral
3-cü yer uğrunda
Final