Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər

Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər

Aprelin 6-7-də Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku turniri keçiriləcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda 29 ölkədən 375 idmançı qüvvəsini sınayacaq. Azərbaycan turnirdə 5 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq. Komandamızın heyətində Ramilə Əliyeva (-48 kq), Nərgiz Hacıyeva (-57 kq), Aytac Qardaşxanlı (-63 kq), Südabə Ağayeva, Günel Həsənli (hər ikisi -70 kq) və Nərmin Əmirli (-78 kq) tatami üzərinə çıxacaq. 

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimləri Nazim Umbayev, Arzu Acalova və Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.