Sambaçının görmə qabiliyyəti azalıb

Sambaçının görmə qabiliyyəti azalıb

Braziliyalı UFC döyüşçüsü Bruno Silva Atlantik Sitidə (ABŞ) Kris Vaydemanla döyüşdən sonra görmə problemləri yaşayır. “Vaydman mənim hər iki gözümü zədələyib. Bir gözümdə görmə qabiliyyətinin 30 faizini itirmişəm. Həkimlər bunun daimi olacağına inanmırlar. Daha arxayın olmaq üçün gələn həftə klinikaya qayıtmalıyam”, - deyə «MMA Fighting» Silvanın sözlərindən sitat gətirib.

Məlumat üçün bildirək ki, qarılaşmanın üçüncü raundda Vaydmanın qalib gəlməsi ilə başa çatıb. Əvvəlcə qələbə texniki nokautla elan edilsə də, sonra nəticəyə yenidən baxılıb. Döyüşün bitməsinə saniyələr qalmış Vaydman Silvanın gözünü sıxıb. İndi hakimlərin yekdil texniki qərarı ilə amerikalı döyüşçü qələbəyə layiq görülüb.