MOK-un baş katibi EYOF Komissiyasının iclasında ölkəmizi təmsil edib

MOK-un baş katibi EYOF Komissiyasının iclasında ölkəmizi təmsil edib

Aprelin 4-də İslandiyanın paytaxtı Reykyavikdə Avropa Gənclər Olimpiya Festivalının (EYOF) komissiyasının iclası keçirilib. 

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə MOK-un baş katibi, EYOF komissiyasının üzvü Azər Əliyev də iştirak edib. 

İclasda Bakhuriani-2025 Qış və Skopye-2025 Yay Olimpiya festivallarının gedişatı ilə bağlı ətraflı məlumat verilib.

Bundan əlavə görüşdə EYOF-un gələcək plan və strategiyaları, gənc səfirlər, idmançıların təhlükəsizliyi və qarşıdakı digər yarışlar haqqında müzakirələr aparılıb.