"Bakı” klubunun üzvləri Vadim Abdullayev və Əziz Quliyevin səhhəti ilə bağlı məlumat verilib. Noyabrın 27-də İstanbulda Acıbadem Fulya xəstəxanasının idman sağlığı mərkəzində əməliyyat olunan hər iki futbolçunun durumu normaldır.
Ortopediya və travmotologiya mütəxəssis professor Ömər Faruk Taşer tərəfindən əməliyyat olunan Vadim Abdullayevin 3 aydan sonra yaşıl meydanlara dönə biləcəyi bildirilir. Vadimin sağ dizində əməliyyat aparılıb.
Eyni nahiyədən əməliyyat olunan Əziz Quliyevin 1 ay sonra məşqlərə başlaya biləcəyi gözlənilir.