Bu həftə 19 yaşınadək qızlardan ibarət Azərbaycan və Türkiyə yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. "Bayıl Arena” stadionunda təşkil olunan qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb. Oyunun 87-ci dəqiqəsində Yaşam Göksunun vurduğu qol sayəsində Türkiyə yığması 1:0 hesabı ilə qələbə qazanıb.