Varvodiç “Qarabağ”dan getdi

Varvodiç “Qarabağ”dan getdi


"Qarabağ” klubunun futbolçusu Miro Varvodiçlə yollarını ayırıb. Qarşılıqlı razılaşma əsasında 24 yaşlı qapıçı ilə müqavilə ləğv edilib.
Xorvatiyalı legioner klubun saytına açıqlamasında komandadan ayrılmasının səbəbləri haqda danışıb. Bildirib ki, Ağdam təmsilçisində oyunlarda iştirak etmək şansı az olduğu üçün belə bir qərar verib: ""Qarabağ”da 1,5 il möhtəşəm vatx keçirmişəm. İlk dəfə "Köln”dən "Qarabağ”a gələndə klub, ölkə haqqında elə də məlumatım yox idi. Amma geridə qalan müddətdə atdığım addımın doğruluğunu gördüm. Amma eyni zamanda karyeramı düşünməliyəm. Həm Fərhad, həm də Şehiç yetərincə yaxşı qapıçılar və yaxşı insanlardır. Mən də oynamaq istəyirəm. Bu səbəbdən klubla görüşdüm və daim oynamaq niyyətimə görə ayrılmaq istədiyimi bildirdim. Sağ olsunlar, məni anlayışla qəbul etdilər. "Qarabağ” karyeramı özüm üçün itirilmiş hesab etmirəm. Ötən mövsüm çempionluğu son anda əldən verdik. Avrokuboklarda əla çıxış etdik. "Qarabağ”da hər kəsə təşəkkür edirəm. Daim bizi dəstəkləyən azarkeşlərimizə çox sağ ol deyirəm. Onları heç vaxt unutmayacam”.
Qeyd edək ki, Varvodiç ötən il "Qarabağ”la 2 illik müqavilə bağlamışdı.