Sərbəst güləşçimizdən uğurlu başlanğıc

Sərbəst güləşçimizdən uğurlu başlanğıc

Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir. Bu gün daha bir sərbəst güləşçimiz lisenziya yarışında mübarizəyə başlayəb. Komandamızın üzvlərindən Georgi Meşvildişvili 125 kq çəki dərəcəsində ilk görüşünə çıxıb. İdmançımız 1/4 finalda İtaliya təmsilçisi Abraham Konyedo ilə qarşılaşıb. Rəqibinə 10:0 hesabı ilə qalib gələn pəhləvanımız adını yarımfinala yazdırıb. O, bu mərhələdə bolqarıstanlı Alen Xubulovla üz-üzə gələcək.

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə 2 güləşçi Paris-2024-ə lisenziya qazanacaq.