Avropa Olimpiya Təsnifat turniri: daha bir sərbəst güləşçimiz yarımfinalda

Avropa Olimpiya Təsnifat turniri: daha bir sərbəst güləşçimiz yarımfinalda

Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir. Yarışda 86 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Osman Nurmaqomedov 1/4 final görüşünə çıxıb. Təmsilçimizin rəqibi bolqarıstanlı Maqomed Ramazanov olub. Rəqibinə 6:2 hesabı ilə qalib gələn O.Nurmaqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya şansını davam etdirib. O, lisenziya uğrunda görüşdə Ukrayna güləşçisi Vasili Mixaylovla qarşılaşacaq.

Qeyd edək ki, pəhləvanlarımızdan daha əvvəl Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Georgi Meşvildişvili (125 kq) də yarımfinala vəsiqə qazanıb.