Hacı Əliyev üçüncü dəfə Olimpiya Oyunlarında iştirak etmək hüququ qazandı

Hacı Əliyev üçüncü dəfə Olimpiya Oyunlarında iştirak etmək hüququ qazandı

Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir. Yarışda iştirak edən sərbəst güləş üzrə milli komandamızın lideri Hacı Əliyev yarımfinal görüşünə çıxıb. 65 kq çəki dərəcəsində qüvvəsini sınayan Olimpiya mükafatçımız həlledici görüşdə Albaniya təmsilçisi İslam Dudayevlə qarşılaşıb. Rəqibinə 6:3 hesabı ilə qalib gələn üçqat dünya və dördqat Avropa çempionumuz ardıcıl üçüncü dəfə Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Xatırladaq ki, Hacı Əliyev təsnifat mərhələsində Xamzat Arsamerzoyevi (Fransa) 1/4 finalda isə Niurqun Skriabini (AİN) məğlub edib.

Hacı Əliyevdən əvvəl isə bu gün Əliabbas Rzazadə (57 kq) Paris Olimpiadasına lisenziya qazanıb.