XI Respublika Spartakiadasında basketbol yarışları başa çatıb

XI Respublika Spartakiadasında basketbol yarışları başa çatıb


"Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə təhsil müəssisələri arasında XI Respublika Spartakiadası davam edir.
Basketbol üzrə qızlar arasında keçirilən yarışlara atıq yekun vurulub. Bakı 2 saylı Baza Tibb Kollecində təşkil olunan yarışda 9 komanda birincilik uğrunda mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin komandası birinci yerə layiq görülüb. Bakı 2 saylı Baza Tibb Kolleci ikinci, Bakı Biznes ve Kooperasiya Kolleci isə üçüncü yerlə kifayətləniblər.