Ağırlıqqaldıranımız lisenziya yarışında mübarizə aparıb

Ağırlıqqaldıranımız lisenziya yarışında mübarizə aparıb

Azərbaycanın daha bir ağırlıqqaldıranı Əli Şükürlü Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda mübarizə aparıb.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 102 kq çəki dərəcəsində çıxış edən idmançımız C qrupunda qüvvəsini sınayıb.

O, ümumilikdə 377 kq (167+210) nəticə göstərib.

Dünya Kuboku aprelin 11-də başa çatacaq. Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 5 idmançı ilə təmsil olunur. Daha əvvəl idmançılarımızdan Nazilə İsmayılova (45 kq), Ömər Cavadov (73 kq) və İsa Rüstəmov (73 kq) körpücük üzərinə çıxıblar.