3x3 qadın millimizin Paris-2024 yolunda ilk təsnifat həyəcanı başlayır

3x3 qadın millimizin Paris-2024 yolunda ilk təsnifat həyəcanı başlayır

Aprelin 12-də Honqkonqda 3x3 basketbol üzrə Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə verən ilk təsnifat oyunlarına start veriləcək.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda Dina Ulyanova, Tiffani Heys, Aleksandra Mollenhauer və Mersedes Volkerdən ibarət qadın millimiz də iştirak edəcək.

B qrupunda mübarziə aparacaq komandamız Çili, Niderland və Monqolustan yığmaları ilə qarşılaşacaq. Millimiz qrupda ilk oyununu aprelin 12-də Bakı vaxtı ilə saat 11:30-da Çili komandasına qarşı keçirəcək. Komandamızın qrupda növbəti oyunları aprelin 13-də Bakı vaxtı ilə saat 11:55-də Monqolustana, saat 13:45-də isə Niderland seçməsinə qarşı olacaq.

Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaq.