3x3 qadın millimizdən Paris-2024 yolunda uğurlu başlanğıc 

3x3 qadın millimizdən Paris-2024 yolunda uğurlu başlanğıc 

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə mübarizəyə başlayıb.

Honkonqda təşkil olunan təsnifat yarışının B qrupunda yer alan yığmamızın ilk rəqibi Çili seçməsi olub. Görüş komandamızın 17:14 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisi aprelin 13-də isə Monqolustan və Niderland komandaları ilə üz-üzə gələcək.

Qeyd edək ki, yığmamızın heyətində Dina Ulyanova, Tiffani Heys, Aleksandra Mollenhauer və Mersedes Volker yer alırlar.