«Mersedes» pilotu komanda yoldaşına dəstək verib  

«Mersedes» pilotu komanda yoldaşına dəstək verib  

«Mercedes» komandasının sürücüsü britaniyalı yeddi qat dünya çempionu Lyuis Hemilton keçmiş komanda yoldaşı finlandiyalı Heikki Kovalayneni dəstəkləyib. “Tez sağal, Heykki. Sizin üçün dua edirəm”, - deyə Hemilton özünə məxsus sosial şəbəkədə yazıb.

Xatırladaq ki, 2023-cü ildə Kovalaynen ralli karyerasına Finlandiya çempionatında başlayıb. O, həmçinin Dünya Ralli Çempionatının (WRC) Yaponiya raundunda iştirak edib.

Qeyd edək ki, bu mövsümün əvvəlində adi tibbi müayinədən sonra Kovalaynenə yüksələn aerobik anevrizma diaqnozu qoyuldu. Bu diaqnoza görə finlandiyalı pilot yarışlarda iştirakını dayandırıb.