Basketbol Liqası: "Sabah" vahid lider oldu

Basketbol Liqası: "Sabah" vahid lider oldu

Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 17-ci turunun üçüncü oyunu keçirilib. 

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, pley-off uğrunda mübarizə aparan "Sumqayıt" çempionatın liderlərindən sayılan "Sabah" klubu ilə qarşılaşıb.

Oyun "Sabah"ın 93:73 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra "Sabah" turnir cədvəlində vahid lider olub. "Sumqayıt" isə pley-off şansını itirib və "Sərhədçi" klublunun pley-offa vəsiqə qazanması rəsmiləşib.