Basketbol üzrə ABŞ millisi Paris-2024 üçün heyətini açıqlayıb

Basketbol üzrə ABŞ millisi Paris-2024 üçün heyətini açıqlayıb

Basketbol üzrə Paris-2024 Yay Olimpiya Oyunlarına yollanacaq ABŞ yığmasının 12 oyunçusundan 11-i müəyyənləşib. The Athletic xəbər verir ki, milli komandanın heyətində LeBron Ceyms, Kevin Durant, Stiven Karri, Coel Embiid, Ceyson Tatum, Devin Buker və Jrue Holiday, həmçinin Entoni Devis, Bam Adebayo, Entoni Edvards və Tyrese Haliburton yer alacaq. 

Məlumat üçün bildirək ki, LeBron 2012-ci ildən bəri ABŞ milli komandasında yer almayıb. Karri isə ilk dəfədir ki, Olimpiya oyunlarında ölkəsinin uğurları üçün qüvvə sərf edəcək. Dürant isə  Parisdə dördüncü Olimpiya çempionluğu üçün müabriəzə aparacaq. Məlumatü çün bildirək ki, Parisdə keçiriləcək Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək davam edəcək.