FİA yeni mütəxəssis axtarışına çıxıb

FİA yeni mütəxəssis axtarışına çıxıb

Beynəlxalq Avtomobil Federasiyası (FİA) Formula 1 yarışlarının hazırkı direktoru Nils Wittichin bəzi vəzifələrini öz üzərinə götürmək üçün mütəxəssis axtarır. Yeni seçilən əməkdaş distant əməliyyat mərkəzinin rəhbəri vəzifəsində çalışacaq, eyni zamanda gələcək idman qaydalarına cavabdehlik daşıyacaq.

Bu şəxs FİA-nın Uzaqdan Əməliyyatlar Mərkəzinin (ROC) idarəçiliyini də öz üzərinə götürəcək. Qeyd edək ki, ROC Formula 1, Formula 2 və Formula 3 yarışlarına dəstək vermək üçün "Race Control" ilə birlikdə işləyir. Lakin yeni mütəxəssisin işi bununla məhdudlaşmayacaq. O, həmçinin FİA-nın idman direktoru Tim Malyonla birlikdə formula departamentində fəaliyyət göstərəcək. Onlar gələcək idman qaydalarını tərtib etmək üçün modelləşdirmə alətlərini hazırlayıb, tətbiq edəcəklər.