Amerikalı xizəkçi üçüncü dəfə əməliyyat olundu - FOTO

Amerikalı xizəkçi üçüncü dəfə əməliyyat olundu - FOTO

Milan və Kortina-2026 Qış Olimpiya Oyunlarının xizəksürmə yarışında yıxılan amerikalı Lindsi Vonn növbəti dəfə cərrahiyə əməliyyatı keçirib.

Olimpnews.az xəbər verir ki, Vankuver-2010 Qış Olimpiya Oyunlarının qalibi olan 41 yaşlı idmançı xəstəxanadakı durumu barədə paylaşım edib. "Artıq üçüncü dəfə uğurlu əməliyyatımı keçirdim. Sağlamlığımda irəliləyiş əldə edirəm. Yanımda olan bütün tibb işçilərinə, yaxın dostlara və ailəmə, eləcə də dünyanın hər yerindən insanların böyük sevgi və dəstəyinə görə minnətdaram. Həmçinin, komanda yoldaşlarıma və hazırda yarışan ABŞ millisinin heyətində çıxış edən bütün idmançılara uğurlar diləyirəm. Onlar öz uğurları ilə mənə ilham verir və azarkeşlik etmək üçün səbəb bəxş edirlər", -deyə Vonn sosial media hesabında yazıb.

Amerikalı xizəkçi üçüncü dəfə əməliyyat olundu - FOTO