Ötən həftə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla görüşüb. Almaniyalı mütəxəssis milli komandanın ötən mövsüm ərzində fəaliyyəti barədə AFFA prezidentinə hesabat verib.
Qeyd edək ki, görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak ediblər.