Aprelin 20-də "Sərhədçi" İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun final oyunu keçirilib.
Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinin məlumatına görə, həlledici görüşdə "Neftçi" və "Xəzri" klubları üz-üzə gəlib. Görüşə fəal başlayan "Xəzri" basketbolçuları hesabdakı üstünlüyünü 10 xala çatdırıb. Lakin sonradan geridönüş etməyi bacaran "Neftçi" klubu yekunda 65:61 hesablı qələbə qazanaraq, kubokun sahibi olub. Finalın ən dəyərli oyunçusu (MVP) "Neftçi" dən Ulaş Turqut seçilib.
 
             
                                     
                             
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                jpeg-1761211626.jpeg) 
                                 
                                 
                                 
         
                         
                         
                         
                         
                         
                         
                         
                        


 
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        