Bakının dünyanın "İdman Paytaxtı" olmağa namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunub

Bakının dünyanın "İdman Paytaxtı" olmağa namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunub

Aprelin 20-də Gənclər və idman naziri Fərid Qayıbov Dünya İdman Paytaxtı Mükafatı üzrə Qiymətləndirmə Komitəsinin nümayəndələrini qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan nazir onlara ölkəmizdə idman sahəsində görülən işlər, qazanılan uğurlar barədə məlumat verib. Qonaqlar ölkəmizdə olduqları müddətdə Bakıda fəaliyyət göstərən idman qurğuları ilə tanış olduqlarını qeyd ediblər.

Görüşdə 2026-cı il Bakı şəhərinin dünyanın "İdman Paytaxtı" olmağa namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunub. Həmçinin beynəlxalq titullara ev sahibliyi etmək baxımından Azərbaycanın böyük təcrübəsinin olduğu qeyd edilib.

Bakının dünyanın "İdman Paytaxtı" olmağa namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunub Bakının dünyanın "İdman Paytaxtı" olmağa namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunub