Bakıda səfərdə olan UEFA nümayəndələri Marc Timmer və David Petriaşvili ötən həftə Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşası davam edən milli komandaların təlim-məşq bazasında görülən işlərlə tanış olublar.
Xatırladaq ki, təməlqoyma mərasimi UEFA-nın prezidenti Mişel Platininin iştirakı ilə bu il sentyabrın 21-də keçirilmişdir. Bazanın tikintisi üçün tələb olunan maliyyə vəsaitinin 80 faizi UEFA tərəfindən ödəniləcək.