"Arsenal”ın gənc futbolçusu Aaron Remsinin adı kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir. Müşahidələrə görə, gənc futbolçunun vurduğu hər qoldan sonra bir məşhur insanın həyatdan köçdüyü xəbəri verilir.
2 ildir "Arsenal”da forma geyinən futbolçu 2011-ci il mayın 1-də "Mançester Yunayted”in qapısına qol vurduqdan sonra "Əl-Qaidə” terror təşkilatının lideri Üsamə Bin Laden öldürülmüşdü. Futbolçu həmin ilin oktyabrın 2-də "Tottenhem”in qapısına yol tapdıqdan sonra "Apple” şirkətinin məşhur meneceri Stiv Cobs vəfat etmişdi. Uelsli futbolçu 2011-ci il oktyabrın 19-da "Marsel”ə qol vurdu və Liviya lideri Qəddafi öldürüldü. Remsinin 2012-ci ilin fevralında "Sanderlend”in qapısına qol vurmasından sonra məşhur müğənni Uitni Hyuston rəhmətə getdi.
Nəhayət, "Arsenal”ın gənc futbolçusu Aaron Remsinin "Kardif Siti” ilə liqa matçında vurduğu qoldan sonra "Forsaj” filminin baş qəhrəmanı Paul Uolker avtomobil qəzasında dünyasını dəyişdi. Düzdür, bunlar maraqlı faktlardır.
Amma bəlkə də, bir təsadüfdür.