"Real" Lukasla yeni müqaviləni müzakirə edəcək

"Real" Lukasla yeni müqaviləni müzakirə edəcək

Madrid "Real"ının yarımmüdafiəçisi Lukas Vaskes klubu ilə müqaviləni yeniləyə bilər. Bu barədə jurnalist Matteo Moretto xəbər yayıb. Bildirilir ki, Vaskesin hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır. Bu həftə tərəflər yeni razılaşmanı masa ətrafında  müzakirə edəcəklər.