Gürcülər Avro-2024-də daha çox pul qazanacaqlar

Gürcülər Avro-2024-də daha çox pul qazanacaqlar

Gürcüstan millisi Avro-2024-də qrupdan çıxacağı təqdirdə 30 milyon lari (11,2 milyon dollar) qazanacaq. Bu barədə məlumat hakim “Gürcü Arzusu” partiyasının təsisçisinin “Kartu” xeyriyyə fondundan bildirilib. Fondun bəyanatında qeyd edildiyi kimi, milli komanda Avropa çempionatına vəsiqə qazanmaqla Gürcüstandakı azarkeşlərə böyük sevinc bəxş edib. Əlavə motivasiya üçün komanda qrupdan çıxsa, pley-offdakı hər növbəti qələbəyə görə daha 30 milyon lari alacaq.