NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu müəyyənləşdi

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu müəyyənləşdi

“Filadelfiya”nın basketbolçusu Tayriz Maksi Milli Basketbol Assosiasiyasında (NBA) müntəzəm mövsümün ən yaxşı oyunçusu adına layiq görülüb. 24 yaşlı basketbolçu 319 xal toplayaraq bu mükafat uğrunda mübarizə aparan “Çikaqo”nun oyunçusu Kobi Uaytı (305) qabaqlayıb. “Hyuston”un basketbolçusu Alperen Şengün isə 92 xalla üçüncü olub.

Tayriz Maksi 2023-2024-cü illər mövsümündə orta hesabla 25,9 xal, 3,7 ribaund, 6,2 məhsuldar ötürmə, 1 top qazanma və 0,5 blokla yadda qalıb. O, bu göstəricilərlə karyerasında rekorda imza atıb.