Azərbaycanda ilk dəfə olaraq bədii gimnastika üzrə Avropa kuboku keçiriləcək

Azərbaycanda ilk dəfə olaraq bədii gimnastika üzrə Avropa kuboku keçiriləcək

Bu il ölkəmiz gimnastika üzrə daha bir ilkə imza atacaq. Belə ki, mayın 3-5-də Avropa Gimnastikasının təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq bədii gimnastika üzrə Avropa kuboku keçiriləcək.
34 ölkənin ən zərif gimnastika növünün təmsilçilərini bir araya gətirəcək yarış yeni formatı ilə fərqlənəcək.
Milli Gimnastika Arenasında təşkil olunacaq üçgünlük kubokun proqramına əsasən böyük fərdi gimnastlar “çarpaz-qarşılaşmalar” sistemi ilə mübarizə aparacaqlar.
Bununla da onlar təsnifat yarışlarından sonra final mərhələsinə yüksəlmək üçün bir-biriləri ilə yarışacaqlar.
Avropa kubokunda qaliblər fərdi və çoxnövçülük proqramında, eləcə də komanda hesabında müəyyənləşəcək.