Xəbər verdiyimiz kimi, futzal üzrə UEFA kubokun final mərhələsi oyunlarının Bakı şəhərində təşkil olunması üçün AFFA UEFA-ya müraciət etmiş, Avropa futbol qurumunun ekspertləri bununla bağlı Bakıda monitorinq aparmışdılar.
Monitorinqlə bağlı hesabat UEFA İcraiyyə Komitəsinin ötən həftə keçirilən iclasında təqdim olunub və hesabata əsasən futzal üzrə UEFA kubokun final mərhələsi oyunlarının Bakı şəhərində təşkil olunması ilə bağlı qərar qəbul edilib.
"Barselona” (İspaniya), "Dinamo” (Rusiya), "Kayrat” (Qazaxıstan) və Azərbaycan çempionu "Araz”ın mübarizə aparacağı "Dördlər finalı”nın oyunları 2014-cü ilin aprel ayında Sərhədçi İdman Olimpiya Kompleksində keçiriləcək.
Xatırladaq ki, "Araz” əsas seçmə mərhələsinin ilk oyununda Hollandiyanın "Eyndhoven” komandasına 6:3, ikinci qarşılaşmada Macarıstanın "Qyor ETO” klubuna 5:0, Portuqaliyanın "Sportinq” klubuna isə 6:3 hesabı ilə qalib gələrək final mərhələsinə vəsiqə qazanıb.