Estoniyanın paytaxtı Tallinndə keçirilən taekvondo üzrə Prezident Kuboku yarışına yekun vurulub.
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda iştirak edən taekvondoçularımız turniri 12 medalla başa vurublar.
Yarışın son günündə gənclərdən ibarət millimiz 5 medal qazanıb.
Komandamızın heyətində Gülü Zamanlı (42 kq) bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutub. Yalnız finalda məğlub olan Məhəmməd Həsənli (48 kq) gümüş medala yiyələnib. Seyidxanım Məmmədova (49 kq), Mehdi Budaqlı (45 kq) və Ziya Həsənli (55 kq) üçüncü yeri tutub.
Bununla da Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar. Daha öncə kiçikyaşlı idmançıların yarışında 1 gümüş mükafat əldə edən komandamız yeniyetmələrin mübarizəsində isə 1 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olub.
Taekvondoçularımız Prezident Kuboku turnirində uğurla çıxış ediblər