Pley-off oyunlarının vaxtı dəqiqləşdi​​​​​

Pley-off oyunlarının vaxtı dəqiqləşdi​​​​​

Azərbaycan Basketbol Liqasında (ABL) müntəzəm mövsüm sonrası pley-off oyunlarının tarixi müəyyənləşib. Pley-offlara 1/4 final mərhələsindən başlayacaq klubların oyun təqvimini təqdim edirik:

30 aprel 
19:30. "Xırdalan" - "Neftçi"
1 may
19:30. "Xəzri" - "Sərhədçi"
2 may
19:30. "Neftçi" - "Xırdalan"
3 may
19:30. "Sərhədçi" - "Xəzri"

Qeyd edək ki, pley-off seriyalarında ən tez iki qələbə qazanmış klublar yarımfinala yüksələcək. Əgər seriyalarda 1:1 hesablı bərabərlik olarsa, o zaman 3-cü oyun oynanılacaq.