Basketbol Liqasında pley-off mərhələsinə start verilir 

Basketbol Liqasında pley-off mərhələsinə start verilir 

Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start veriləcək.

İlk oyun günündə "Xırdalan" və "Neftçi" klubları üz-üzə gələcək.

"Sərhədçi" İdman Mərkəzində keçiriləcək oyuna saat 19:30-da start veriləcək. Komandalar arasında ikinci oyun mayın 2-də təşkil olunacaq.

1/4 finalın "Xəzri" - "Sərhədçi" görüşü sabah keçiriləcək.

Qeyd edək ki, pley-off seriyasında ən tez iki qələbə qazanan klublar yarımfinala yüksələcəklər. Seriyada bərabərlik olarsa, o zaman 3-cü oyun gerçəkləşəcək.