Basketbol Liqası: "Neftçi" və "Xırdalan" pley-offda növbəti oyununa çıxacaq 

Basketbol Liqası: "Neftçi" və "Xırdalan" pley-offda növbəti oyununa çıxacaq 

Bu gün Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində növbəti oyun keçiriləcək. Olimpnews.az xəbər verir ki, "Neftçi" və "Xırdalan" komandaları pley-offa növbəti oyununa çıxacaq. 

Qeyd edək ki, 1/4 finalın ilk duelində "Xırdalan" komandası rəqibini 80:75 hesabı ilə üstələyib.

"Ağ-qaralar" bu matçda da məğlub olarsa, mübarizəni dayandıracaq. Qələbə təqdirində isə üçüncü - sonuncu oyuna ehtiyac duyulacaq.

"Sərhədçi" İdman Mərkəzində keçiriləcək matç 19:30-da başlayacaq.