Futbolçular mükafatlandırılıb

Futbolçular mükafatlandırılıb



Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin iclas zalında futbol üzrə 63-cü klub-komanda birinciliyinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini, idman sektorunun müdiri Rəşad Əliyev, sektor müdiri Adil Ağayev,yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Füzuli Nəcəfov iştirak ediblər. Tədbirdə I dəstədə 2000 - 2001-ci il təvəllüdlü komandalar arasında "BİFM-1” I, "RİOEUGİM -2” II, "BİFM-2” III yerə layiq görülüblər. 1999-cu il təvəllüdlü komandalar arasında isə I yeri "BİFM-2”, II yeri "Vətən”, III yeri " RİOEUGİM -1” tutub. 1998-cı il təvəllüdlü komandalar arasında "RİOEUGİM-1” ən yüksək pilləyə layiq görülüb. "BİFM-1” II, "Neftçi İSM” III pillənin sahibi olub. 1997-ci il təvəllüdlü komandalar arasında "Vətən” I yerin qalibi olub. "ROİL” II, " RİOEUGİM -1” III yeri tutub. Klub hesabında isə eyni xal toplayaraq "RİOEUGİM-1” və "Vətən” ən yüksək zirvədə qərarlaşıb. "BİFM-1” II, "BİFM-2” isə III olub. II dəstədə isə 2000-2001-ci il təvəllüdlü komandalar arasındakı qaliblər müəyyənləşib. Belə ki, I yerə Səbail UGİM, II yerə "Xətai” UGİM, III yerə "Zəngəzur”UGİM sahib olub. 1999-cu il təvəllüdlü komandalar arasında Mehdiabad I, Binəqədi UGİM II, 16 saylı UGİM III yerdə qərarlaşıb. 1998-cı il təvəllüdlü komandalar arasında ən üstünü "Xətai” UGİM olub. II yerə Qaradağ, III yerə Binəqədi UGİM layiq görülüb. 1997-ci il təvəllüdlü komandalar arasında ən üstünü "Zəngəzur” olub. Xətai UGİM II, Binəqədi UGİM isə III yeri tutub. Klub hesabında I yerə "Xətai” UGİM, II yerə "Binəqədi” UGİM, III yerə Mehdiabad çıxan komandalar mükafatlandırılıblar. Yarışda I, II, III yerlərə layiq görülmüş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar və kubokla təltif olunublar.