Basketbol Liqasında yarımfinal mərhələsinə start veriləcək

Basketbol Liqasında yarımfinal mərhələsinə start veriləcək

Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start veriləcək.

Günün yeganə qarşılaşmasında “Sabah” və “Xırdalan” komandaları qarşılaşacaq. “Sərhədçi” İdman Mərkəzində oynanılacaq görüş saat 19:30-da başlayacaq.

Yarımfinal seriyasında 2 qələbəyə ən tez çatan tərəf finala vəsiqə qazanacaq.

Qeyd edək ki, yarımfinalın digər matçı mayın 8-də NTD-İndiqo və “Xəzri” arasında keçiriləcək.