Gimnastımız Dünya Kubokunda iştirak edəcək

Gimnastımız Dünya Kubokunda iştirak edəcək

Azərbaycanın bədii gimnastı İlona Zeynalova Portuqaliyanın Portimao şəhərində keçiriləcək “Challenge” seriyasına aid Dünya Kubokunda iştirak edəcək.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, fərdi proqramda çıxış edəcək idmançı məşqçi Yevgeniya Vilyayevanın rəhbərliyi altında mübarizə aparacaq.

Turnirdə azərbaycanlı hakimlərdən ədaləti Aleksandra Reyş qoruyacaq.

“Challenge” seriyasına aid Dünya Kuboku mayın 10-12-də baş tutacaq.