Basketbol Liqasında növbəti yarımfinal 

Basketbol Liqasında növbəti yarımfinal 

Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçiriləcək.

Mərhələ çərçivəsində NTD-İNDİQO və "Xəzri" komandaları qarşılaşacaq. "Sərhədçi" İdman Mərkəzində keçiriləcək oyuna saat 19:30-da start veriləcək. Bu komandalar arasında ikinci oyun mayın 11-də təşkil olunacaq. 

İki matçın yekununda bərabərlik olarsa, üçüncü duel mayın 13-də keçiriləcək.