ABF rəsmiləri FİBA-nın assambleyasında 

ABF rəsmiləri FİBA-nın assambleyasında 

Mayın 10-11-də Sloveniyanın Portoroz şəhərində FIBA Avropa Baş Assambleyası (FIBA Europe General Assembly) keçirilib.

Azərbaycan Basketbol Federasiyasının (ABF) mətbuat xidmətindən verilən məlumata görə, 50 milli assosiasiyanın təmsilçilərinin iştirak etdiyi tədbirdə ABF rəsmiləri də yer alıblar.

Assambleyada Azərbaycanı ABF-nin prezidenti Emin Əmrullayev, baş katib Vüqar Əzimov və icraçı direktor Anar Rzazadə təmsil ediblər.