Klassiklərimiz beynəlxalq turnirdə 3 medal qazanıblar 

Klassiklərimiz beynəlxalq turnirdə 3 medal qazanıblar 

Rusiyanın Kaspiysk şəhərində güləş üzrə “Surakat Asiyatilov”un xatirəsinə həsr edilmiş 20 yaşadək yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.  7 ölkədən ümumilikdə 190 güləşçinin mübarizə apardığı yarışda Azərbaycanın yunan-Roma güləşçiləri də qüvvələrini sınayıblar. Təmsilçilərimiz bynəlxalq yarışda 3 medal qazanıblar. Komandamızın heyətində yalnız finalda məğlub olan Təvəkkül Xəziyev 67 kq çəki dərəcəsində gümüş medala sahib çıxıb. Yığmamızın digər üzvlərindən Tural Əhmədov (60 kq) və Cocu Səmədov (87 kq) isə bürünc medala layiq görülüb.