Azərbaycanın 2031-ci ildə Hərbçilərin Olimpiya Oyunlarına ev sahibliyi müzakirə edilib
BOK
14.05.2024, 16:30
Mayın 14-də Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Dünya Hərbi İdman Şurasının (CİSM) Balkan, Qaradəniz və Qafqaz ölkələri üzrə idman əlaqələndiricisi Nevzat Varolla görüşüb.
Görüşdə Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və idman idarəsinin müdiri Həsənağa Rzayev də iştirak edib.
MOK-un inzibati binasında keçirilən görüş zamanı Azərbaycanın 2031-ci ildə Hərbçilərin Olimpiya Oyunlarına ev sahibliyi etməsi məsələsi müzakirə edilib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qonağı salamlayaraq MOK-un beynəlxalq idman əlaqələrindən danışıb. Həmçinin bu əlaqələrin hər zaman yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
Bakıya səfərindən məmnunluğunu bildirən Nevzat Varol Azərbaycanda idmanın inkişafının beynəlxalq aləmə də səs saldığını bildirib.
Görüş zamanı Azərbaycanın I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Bakı-2019 və digər mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini vurğulayan N.Varol 2031-ci ildə Azərbaycanda Hərbçilərin Olimpiya Oyunlarının keçirilməsi təklifi ilə çıxış edib.
“Beynəlxalq Hərbi İdman Şurası Beynəlxalq Olimpiya Komitəsindən sonra ikinci ən böyük multiidman təşkilatıdır. Hər Yay Olimpiya Oyunlarından bir il əvvəl Hərbçilərin Olimpiya Oyunları keçirilir. Burada əsas məqsədimiz Olimpiya Oyunlarına xidmət etməkdir. Bu günə qədər yeddi dəfə Hərbçilərin Olimpiya Oyunlarını keçirmişik. Sonuncu dəfə 2019-cu ildə Çinin Uhan əyalətində bu Oyunlar uğurla təşkil olunub. Oyunlar 2023-cü ildə isə Cənubi Afrikada keçirilməli olsa da, onlar bunu 2027-ci ilə qədərtəxirə saldılar. Biz artıq yeni layihələr üzərində çalışırıq. İstəyirik ki, 2031-ci ildə hərbçilərin IX Olimpiya Oyunlarını Azərbaycanda təşkil edək. Azərbaycan daha əvvəl I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi edib. Bunun üçün də düşünürəm ki, Azərbaycanın bu idman tədbirinə ev sahibliyi etməsi üçün maddi texniki bazası, lazımi infrastrukturu, könüllüləri və təcrübəsi var”, - deyə Nevzat Varol bildirib.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə isə təklifi müsbət qarşılayıb. Təklifin dəyərləndirilməsi üçün Milli Olimpiya Komitəsinin rəhbərliyi ilə müzakirənin vacib olduğunu vurğulayıb.
Sonda xatirə şəkli çəkilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Güləşçilərimiz mötəbər yarışlara bölgələrdə hazırlaşırlar
Bugün, 16:41 Güləş
-
Çingiz Hüseynzadə: “Təhlükəsiz idmanla bağlı bütün problemlər daha operativ şəkildə araşdırılacaq”
Bugün, 16:18 Müsahibə
-
Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
Bugün, 15:44 Gündəm
-
Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Bugün, 15:25 Gündəm
-
Bakıda Dünya Kuboku yarışlarına start verildi
Bugün, 15:11 Gimnastika
-
Milli idman federasiyaları üçün “Təhlükəsiz idman” proqramı başa çatıb
Bugün, 13:13 MOK
-
3x3 basketbol millimiz Dünya Kubokunda Litva ilə üz-üzə gələcək
Bugün, 11:14 Basketbol
-
Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir
Bugün, 11:00 Voleybol
-
Azərbaycan velosipedçiləri beynəlxalq turnirdə iştirak edəcəklər
Bugün, 10:44 Velosiped
-
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
Bugün, 10:25 Gündəm
-
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
04.06.2026, 23:52 Gündəm
-
Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazanıblar
04.06.2026, 22:55 Taekvondo
-
AMADA rəsmiləri beynəlxalq konfransda iştirak ediblər
04.06.2026, 22:10 AMADA
-
Avropa Liqası: Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Bakıda açıq məşqi keçirilib
04.06.2026, 22:06 Voleybol
-
İdmana bağlı şərəfli ömür
04.06.2026, 18:13 Olimpiya dünyası
-
Millimizin Avropa Liqası üçün yekun heyəti açıqlanıb
04.06.2026, 16:58 Voleybol
-
Dünya çempionatında plastik butulkalar qadağan ediləcək
04.06.2026, 15:01 Futbol
-
Bakıda "Üzgüçülük hamı üçün" layihəsinin final mərhələsinin açılış mərasimi keçirilib
04.06.2026, 11:44 Su idman növləri
-
Minifutbol millimiz bu gün final oyununa çıxacaq
04.06.2026, 10:23 Futbol
-
Azərbaycan millisi Avropa çempionatının finalında
04.06.2026, 04:20 Futbol
-
Bilyard üzrə Avropa Kuboku və Avropa çempionatında 10-dan çox ölkənin təmsilçisi çıxış edəcək
04.06.2026, 00:04 Olimpiya dünyası
-
3x3 basketbol millimiz Dünya Kubokunun pley-in mərhələsinə yüksəlib
03.06.2026, 23:15 Basketbol
-
Fərid Qayıbov Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb
03.06.2026, 21:00 Olimpiya dünyası
-
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunda daha iki oyun keçirəcək
03.06.2026, 10:23 Basketbol
-
Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verilib
03.06.2026, 10:00 Cüdo
-
Bakıda bilyard üzrə Avropa Kuboku və Avropa çempionatı keçiriləcək
02.06.2026, 17:15 Gündəm
-
Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi millinin hazırlıq prosesi ilə maraqlanıb
02.06.2026, 17:02 Voleybol
-
AVF rəsmisi Level-2 məşqçi seminarının iştirakçıları ilə görüşüb
02.06.2026, 16:23 Voleybol
-
Taleh Nəsibov Avropa Minifutbol Federasiyasının Baş Assambleyasında iştirak edib
02.06.2026, 16:11 Futbol
-
ASİNF 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Bakıda tədbir təşkil edib
02.06.2026, 13:30 Su idman növləri
-
3x3 basketbol millimiz Dünya Kubokunda növbəti oyunlarını keçirəcək
02.06.2026, 11:27 Basketbol
-
Avropa çempionatı: Minifutbol millimiz 1/4 finalda
02.06.2026, 10:00 Futbol
-
Azərbaycan idmançılarının iyun ayı üçün reytinq cədvəli açıqlanıb
01.06.2026, 18:23 Olimpiya dünyası
-
Kişi boksçulardan ibarət millimiz Dünya Kubokuna Çimkənddə hazırlaşacaq
01.06.2026, 17:35 Boks