AFFA prezidenti “Qarabağ”ın bazasında olub

AFFA prezidenti “Qarabağ”ın bazasında olub

AFFA-nın prezidenti Rövşən Nəcəf Azərbaycan Premyer Liqasının XXXVI turunun “Araz Naxçıvan” – “Qarabağ” oyunundan öncə Ağdam klubunun bazasını ziyarət edib.

Milli assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qarabağ” komandasının rəsmiləri federasiya rəhbərini bazada yaradılmış şəraitlə tanış ediblər.

“Köhlən atlar”ın baş direktoru Emrah Çelikəl Rövşən Nəcəfə komandanın imzalı formasını təqdim edib.