Ukrayna Paris-2024-də iştirakını təsdiqləyib

Ukrayna Paris-2024-də iştirakını təsdiqləyib

Ukrayna Gənclər və İdman Nazirliyinin rəhbəri Matvey Bednı milli komandanın Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizə aparacağını rəsmi olaraq təsdiqləyib. Məlumat ötən həftə yerli və xarici KİV nümayəndələri ilə qeyri-rəsmi görüş zamanı yayılıb. “Bu dəfəki olimpiada Ukrayna üçün dünyaya açılan pəncərədir. Sizə xatırlatmalıyıq ki, Ukrayna mövcuddur, döyüşür və qalib gəlməyə qadirdir. Onların Parisdə Ukrayna bayrağı altında çıxış etmələri iradə gücünün böyük təzahürüdür”, - deyə RBC Ukrayna Bednıdan sitat gətirib.