AFFA və Moldova Futbol Federasiyaları milli komandalar arasında yoldaşlıq oyununun keçirilməsi barədə razılıq əldə edib. İki ölkənin 21 yaşınadək yığmaları arasında görüş gələn il martın 5-də keçiriləcək. Qarşılaşma Tiraspolun "Şerif” stadionunda təşkil olunacaq.
Qeyd edək ki, eyniadlı kluba məxsus arenadakı görüş rəqiblər arasında 7-ci qarşılaşma olacaq. Əvvəlki oyunlarda 3 dəfə moldovalılar, 2 dəfə təmsilçimiz qalib gəlib. Digər 2 matçda qalib müəyyənləşməyib. Rəqibimiz top fərqində də öndədir - 9:6.