Çexiyanın paytaxtı Praqada cüdo üzrə Açıq Avropa turniri keçirilib. 32 ölkədən 338 (217 kişi, 121 qadın) idmançının mübarizə apardığı turnirdə Azərbaycan komandası kişilər arasında 6 çəki dərəsində 12 cüdoçu ilə təmsil olunub.

Turnirdə böyüklərdən ibarət yığmanın böyük məşqçisi Rüstəm Alimlinin rəhbərliyi altında mübarizə aparan komandamız 1 qızıl və 2 gümüş medala sahib çıxıb. Turnirin ilk günündə -60 kq çəkidə Hüseyn Allahyarov gümüş, -66 kq çəkidə Rəşad Yelkiyev isə qızıl medal qazanıb. Yarışın ikinci günündə isə +100 kq çəkidə mübarizə aparan cüdoçumuz Camal Qamzatxanov gümüş medal əldə edib.
Cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda 4-cü, kişilər arasında isə 2-ci yeri tutub.