“Qızıl top”a Ronaldo sahib oldu

“Qızıl top”a Ronaldo sahib oldu



Yanvarın 13-də FİFA 2013-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb. İsveçrənin Sürix şəhərində keçirilən mərasimdə "Qızıl top”un sahibi bəlli olub. Bu ada Portuqaliya millisinin və "Real”ın ulduz futbolçusu Kriştianu Ronaldo layiq görülüb.
Xatırladaq ki, ötən 2013-cü ildə Ronaldu "Real”ın və öz millisinin heyətində 58 oyun keçirib və 69 qol vurub. Bu da "Qızıl top”a digər namizədlər argentinalı Lionel Messi (45 qol) və fransız Frank Riberinin (23 qol) birlikdə vurduqları qolların sayından 1 qol artıqdır.

2013-cü ilin ən yaxşı futbolçusu adına namizədlər arasında ən çox titul qazanan argentinalı Lionel Messidir. O, 4 dəfə "Qızıl top” mükafatına layiq görülüb.