İngilis klubunda ispaniyalı mütəxəssis

İngilis klubunda ispaniyalı mütəxəssis

İngiltərə Premyer Liqasında çıxış edən "Vest Bromviç” yeni baş məşqçisinə qovuşub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belə ki, ötən ay Stiv Klarkla yollarını ayıran rəhbərlik bu vəzifəyə ispaniyalı mütəxəssis Pepe Meli təyin edib. Klub 50 yaşlı çalışdırıcı ilə 1,5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Pepe buna qədər ölkəsinin "Betis” klubunu çalışdırıb.