Futbolçu öz hərəkətinə görə üzr istəyib

Futbolçu öz hərəkətinə görə üzr istəyib


İngiltənin "Mançester Yunayted” klubunun müdafiəçisi Kris Smolinq uğursuz seçiminə görə üzr istəyib. O, dəvət olunduğu karnavala boynundan partladıcı qurğu asılmış intiharçı-terrorçu geyimində gəlib. İngiltərənin "Sky sports” televiziya kanalının verdiyi məlumata görə, Smolinqin geyimi ərəb ölkələrində kişilərin baş örtüyündən, bədənə bərkidilmiş elektronikadan, məftillərdən və mobil telefondan ibarət olub. Məftillər "Jagermeister” likör şüşələrinə və "Red Bull” bankalarına bərkidilib.
Futbolçunun menecerləri onun bu geyimi ilə "Yager Bomb” kokteylini təsvir etməyə çalışdığını bildiriblər. Smolinq öz geyim seçimindən təəssüfləndiyini bildirib və bunun üçün üzr istəyib.