Vahid Nəzərov: “Həyatda çəkilən zəhmət gec-tez öz dəyərini tapır” - MÜSAHİBƏ
BOK
18.12.2024, 15:15
Bəhreynin paytaxtı Manama şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatı Azərbaycan komandası üçün uğurlu nəticə ilə yadda qaldı. Çempionatda iki idmançı ilə təmsil olunan komandamız yarışı bir gümüş medalla başa vurdu. Millimizə yeganə medalı 109 kq çəki dərəcəsində təmsil edən Dadaş Dadaşbəyli qazandırdı. Birdənqaldırmada 183 kq nəticə ilə dördüncü olan idmançımız təkanlaqaldırmada 221 kq-ı ram edərək, gümüş medal əldə edib. Ümumilikdə 404 kq (183+221) nəticə göstərən Dadaş Dadaşbəyli yekun sıralamada ikinci yeri tutub.
Çempionatda ölkəmiz adına növbəti əlamətdar hadisələrdən biri Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən müəyyənləşdirilən yarışın hakimləri arasında azərbaycanlı mütəxəssisin yer alması ilə bağlı olub. Belə ki, bir neçə Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında hakim qismində ölkəmizi təmsil edən Vahid Nəzərov Manamadakı yarışda da ədaləti qoruyub. Altı Olimpiya Oyunlarında (Atlanta-1996, Sidney-2000, Pekin-2008, Sinqapur-2010, London-2012, Tokio-2020) beynəlxalq hakim kimi ölkəmizi təmsil edən Vahid Nəzərov bu illər ərzində həmçinin 4 İslam Həmrəyliyi Oyunlarında ədalət təmsilçisi olub. Dünya çempionatından sonra Vahid Nəzərovla həmsöhbət olub, həm yarışla bağlı, həm də ağırlıqqaldırma idman növünün ölkəmizdəki gələcək prespektivləri barədə danışdıq. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
- Vahid müəllim, Manamada keçirilən dünya çempionatında ölkəmizi hakim qismində təmsil etdiniz. Yarışla bağlı təəssüratlarınız necədir?
- Bəhreyndə keçirilən yarış normal səviyyədə təşkil olunmuşdu. Ölkəmiz bu yarışda iki idmançı - İsa Rüstəmov (73 kq) və Dadaş Dadaşbəyli (109 kq) ilə mübarizə aparırdı. Azərbaycan yığma komandasının liderlərindən biri olan Dadaş Dadaşbəyli bu mübarizədə sona qədər qüvvəsini səfərbər edə bildi. Bir mütəxəssis kimi qeyd edim ki, təmsilçimizin çıxışı yüksək dəyərləndirilməlidir. Onun yüksək perspektivi var. Əminəm ki, yaxın illərdə Dadaşın medal kolleksiyasında dünya çempionatının qızıl medalı da olacaq.
- Olimpiya Oyunlarında iştirak edən idmançılar Manamada körpücük üzərinə çıxmışdılar?
- Bildiyiniz kimi bu il dünyanın ən güclü idmançıları Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulmuşdular. Paris sınağından sonra Olimpiya Oyunlarında iştirak edən idmançılar istirahət edirlər. Manamada keçirilən dünya çempionatında da Parisdə çıxış edən idmançıların əksəriyyəti iştirak etmirdi. Lakin bu yarışda yüksək nəticələr qeydə alındı. Koreya idmançıları fürsətdən istifadə edib, Bəhreyndə ən çox medal əldə edən atletlər sırasında liderlik etdilər.
- Vahid müəllim, Azərbaycanda ağırlıqqaldırmanın vəziyyəti ilə bağlı nə deyərdiniz? Əvvəlki kimi perspektivli idmançılar yetişir?
- Ağırlıqqaldırma adından göründüyü kimi çox böyük ağır zəhmət tələb edən bir idman növüdür. Bu idman növünün inkişafı və yüksək nailiyyətlər üçün daim əməli işlər görülməlidir. Yeniyetmə və gənc idmançıların bu idman növünə cəlb olunması, onların ustalıq səviyyəsinin artırılması üçün güclü məşqçi və mütəxəssislərin təcrübəsindən istifadə olunmalıdır. Hesab edirəm ki, yüksək nailiyyətlərin əldə olunmasında Uşaq Gənclər İdman Məktəblərinin və klubların işinə ciddi fikir vermək lazımdır. Qeyd edim ki, hazırda paytaxtda “Təhsil” Respublika İdman Mərkəzi və “Spartak” İdman Cəmiyyəti bu sahədə fəaliyyətini davam etdirir. Əvvəllər isə belə idman qurumlarının sayı daha çox idi. Ölkədə il ərzində müxtəlif yarışlar keçirməli, həmin yarışda fərqlənən idmançıları seçib, yığma komandanın heyətinə cəlb olunmalıdır. Bu cür yarışların təşkili ağırlıqqaldırmanın təbliği üçün xüsusi əhəmiyyət kəsb edir. Bölgələrdə də idmanın bu növünə diqqət daha artırılmalıdır. Federasiya rəhbərliyi də bu sahənin inkişafı üçün çalışır.
- Vahid müəllim, idman karyeranıza nəzər salsaq sizi həm baş məşqçi, həm də beynəlxalq dərəcəli hakim kimi görürük. Bu, Azərbaycan tarixində ən böyük nəticələrdən biridir.
- Manamada keçirilən dünya çempionatında hakim qismində iştirak edirdim. Bu mənim üçün ilk sınaq sayılmır. 34 ildir ki, Azərbaycanı dünya, Avropa miqyaslı yarışlarda, o cümlədən Olimpiya Oyunlarında həm baş məşqçi, həm də hakim qismində təmsil edirəm. Çalışıram ki, 2028-ci ildə Los-Anceles şəhərində təşkil olunacaq Yay Olimpiya Oyunlarında da iştirakımı təmin edim. Bunun üçün əsas şərt lisenziyanın əsl olunmasıdır. Ümid edirəm ki, okeanın o tayında keçirilən idman tədbiri mənim üçün 7-ci olimpiada kimi yadda qalacaq. Məlumat üçün bildirim ki, indiyə qədər iştirak etdiyim altı olimpiadanın üçündə baş məşqçi, digər üçündə isə beynəlxalq hakim qismində Azərbaycanı təmsil etmişəm. Bəli, bu, doğrudan da Azərbaycan idman tarixində böyük nəticədir.
Onu da qeyd edim ki, övladım Əliş Nəzərovu hakim kimi yetişdirməyə çalışıram. Onunla təcrübəmi bölüşürəm. Görünür o, etimadı doğrulda bilib. Belə ki, Əliş Nəzərov ikinci kateqoriyalı beynəlxalq hakim kimi Beynəlxalq Federasiya tərəfindən növbəti dəfə, 2028-ci ilə qədər lisenziyaya layiq görülüb. Bu da mənim əldə etdiyim nailiyyətlər sırasındadır.
İdman da həyatın bir parçasıdır. Həyatda çəkilən zəhmət gec-tez öz dəyərini tapır. Təbii ki, bunun üçün tər tökməli, hətta sağlamlığını da gözə almalısan. Fürsətdən istifadə edib, ölkə rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Hər zaman idmandakı yorulmaz fəaliyyətim layiqincə qiymətləndirilib. Bundan sonra da mənə göstərilən etimadı doğrultmağa çalışacağam.
Anar Əhmədov
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycanın 3x3 basketbol millisinin Avropa Kubokundakı rəqibləri müəyyənləşib
07.07.2026, 22:42 Basketbol
-
DÇ-2026: Argentina əzmkar qələbə ilə 1/4 finalda
07.07.2026, 22:10 Futbol
-
Çempionlar Liqası: “Sabah” Bakıda UELS təmsilçisinə qalib gəldi
07.07.2026, 21:00 Futbol
-
BOK Rusiya Olimpiya Komitəsi ilə bağlı qərarını yumşaldıb
07.07.2026, 20:37 Olimpizm xəbərləri
-
AMADA və Qış İdman Növləri Federasiyası dopinq əleyhinə onlayn təlim təşkil edib
07.07.2026, 19:46 AMADA
-
"Xüsusi olimpiya birləşmiş futbol dünya kuboku"nun açılış mərasimi keçirilib
07.07.2026, 13:51 Olimpiya dünyası
-
Qubada yenilənmiş güləş zalı istifadəyə verilib
07.07.2026, 13:48 Güləş
-
Avropa çempionatının kubokunun Bakıda təqdimat mərasimi keçirilib
07.07.2026, 13:18 Gündəm
-
DÇ-2026: İspaniya millisi don dəqiqələrdə 1/4 finala vəsiqə qazandı
07.07.2026, 01:05 Futbol
-
Cəmil Əliyevə növbəti sertifikat təqdim olunub
06.07.2026, 17:41 Su idman növləri
-
DÇ-2026: 1/4 finalın növbəti iştirakçıları müəyyənləşir
06.07.2026, 16:37 Futbol
-
UEFA bəyanat yaydı
06.07.2026, 16:22 Olimpizm xəbərləri
-
Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
06.07.2026, 11:41 Güllə atıcılığı
-
Millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb
06.07.2026, 10:40 Voleybol
-
Dünya çempionatı: İngiltərə millisi 1/4 finalda
06.07.2026, 08:57 Futbol
-
AMADA yeniyetmə idmançılar üçün maarifləndirici tədbir keçirib
03.07.2026, 13:39 AMADA
-
Avropa çempionatında Azərbaycanı təmsil edəcək güləşçilərimiz müəyyənləşib
03.07.2026, 13:19 Güləş
-
Fərid Qayıbov UNESCO-nun dopinqə qarşı konfransı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib
03.07.2026, 11:40 Olimpiya dünyası
-
Atletlərimiz Balkan çempionatında iştirak edəcək
03.07.2026, 11:33 Atletika
-
"Neftçi" Fransadakı Dünya Qadın Seriyasında mübarizəyə start verir
03.07.2026, 11:23 Basketbol
-
DÇ-2026: 1/8 finalın daha üç iştirakçısının adına aydınlıq gələcək
02.07.2026, 17:05 Futbol
-
Bakıda İBA Çempionlar Gecəsi keçiriləcək
01.07.2026, 17:04 Gündəm
-
Olimpiya mükafatçımız reytinq siyahısına başçlıq edir
01.07.2026, 16:41 Gündəm
-
Parabadmintonçularla görüş keçirilib
01.07.2026, 16:32 Olimpiya dünyası
-
Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
01.07.2026, 16:13 Velosiped
-
Yardımlıda cüdo üzrə region birinciliyi keçiriləcək
01.07.2026, 16:03 Cüdo
-
Stolüstü tennisçilər respublika birinciliyində yarışırlar
01.07.2026, 15:56 Tennis
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri