Azərbaycan futbol hakimlərinin təlim-məşq toplanışına start verilib. Yanvarın 27-dək Türkiyənin Antalya şəhərində hazırlıq keçəcək ədalət təmsilçilərimiz bu həftədən etibarən məşqlərə başlayıb. Yanvarın 13-də ilk hazırlıqlara çıxan hakimlərin hazırlıq prosesinə Xaqani Məmmədov, Namiq Quliyev və Asim Xudiyev rəhbərlik edəcək. Onlar hakimlərin nəzəri və təcrübi hazırlıqlarının artırılmasına çalışacaqlar.
Qeyd edək ki, toplanışda 19 referi və 19 köməkçi hakim iştirak edəcək.